Cərrahiyyədən sonra ağrının olmaması bizim prioritet diqqət sahəmizə aiddir. Ağrıkəsici dərmanlar xəstənin həssaslığına, psixi durumuna, böyrək funksiyalarına, yaşına və əməliyyat kəsiyinə görə təyin olunur. Həm anestezioloq, həm də cərrah sizə bəzi əməliyyat sonrası hərəkət təlimatları verir. Sinə sümüyü kəsilmədən olan minimal invaziv müdaxilədən sonra ağrı daha az, hərərkət sərbəstliyi daha çox olur.
Ümumiyyətlə, ürək əməliyyatlarından sonra sinədə, bel və kürəkdə, eləcə də çiyinlərdə ağrı ola bilər. Reseptə yazılan ağrıkəsici dərmanları düzgün istifadə etməlisiz. Ehtiyatlı edilmiş masaj bel və çiyindəki əzələləri yumşaldaraq ağrınızı azaldacaq. İlıq duş almaq da ağrılarınıza yaxşı təsir edə bilər.
İndividual xüsusiyyətlərin və əməliyyatdan öncə xəstənin durumunum burda rolu az deyil. Lakin, bu müddət daha çox kəsik yerindən asılıdır:
Sinə sümüyündən olan əməliyyatlardan 6-7 gün sonra xəstə evə buraxılır. Tam bərpa dövrü 3 ay sürür. Bəzi insanlar (özünü işləyəcək qədər gümrah hiss edirsə və ağır fiziki işdə işləmirsə) 6 həftəyə işə çıxa bilir.
Sinə sümüyü kəsilməyən (yəni minimal invaziv- qabırğaarası kəsiklə olan) pasientlər əməliyyatdan 2-3 gün sonra evə buraxılır. Bərpa dövrü 2-3 həftə çəkir. 3-4 həftə sonra işə çıxa bilir (ağır fiziki iş olsa belə).
Əvvəl, ümümiyyətlə cinsi aktivlikdən hansı hallarda çəkinmək lazımdır, bunu bilək:
• Qeyri-stabil stenokardiya (döş inağı): yəni, öncədən olan sinə ağrısının daha tez-tez olması, şiddətlənməsi və ya istirahətdə baş verməsi
• Yeni başlayan sinə ağrısı
• Kontrol altında olmayan hipertenziya (qan təzyiqi qalxması).
• Ciddi ürək çatışmazlığı; istirahətdə ve minimal hərəkətdə belə təngnəfəsliyin olması
• Son bir həftə ərzində keçirilmiş miokard infarktı
• Bəzı ritm problemləri, xüsusilə ürəyin mədəcik bölgəsinden qaynaqlanırsa (ventrikulyar aritmiyalar)
• Ciddi şikayətləri olan qapaq xəstələri
Bütün bu durumlar xəstənin kardiak riskini artırsa da "cinsi həyatın sonu" demək değil. Uygun cərrahi və ya dərman müalicəsindən sonra xəstə yeniden cinsi aktivliyə qayıdır.
Ürək cərrahiyyəsi sonrası cinsi aktivliyin başlanma zamanı haqqında dəqiq vaxt demək çətindir. Bəzi müəlliflər 2 mərtəbəni rahat qalxa bilən pasientin cinsi həyata başlaya biləcəyini qeyd edir.
Lakin geniş qəbul edilən baxışa görə, sinə sümüyü kəsilərək icra edilən ürək əməliyyatlarından 6-8 həftə sonra cinsi fəaliyyətə başlamaq olar. İlk dövrlərdə sinə sümüyünü çox gücə salmayan vəziyyətlərdən istifadə etmək tövsiyə edilir. Əgər əməliyyat mini kəsiklə, yəni qabırğaarası yolla icra edilirsə 1-2 həftə sonra cinsi aktivliyə başlamaq olur.
Qeyd etmək lazımdır ki, bəzi əməliyyat sonrası yazılan dərmanların cinsi funksiyalara təsiri olduğu söylənsə də, əməliyyat sonrası cinsi zəifliyin əsas səbəbi qorxu və depressiya kimi psixoloji faktorlardır. Bu faktorlar ekspert həkimlər tərəfindən asanlıqla müalicə edilir.
Cinsi akt zamanı aşağıdakı əlamətlərdən biri olarsa həkiminizə bildirməlisiz:
- Cinsi aktdan sonra 5 dəqiqədən uzun davam edən ürəkdöyünmə ve təngnəfəslik
- Cinsi akt zamanı və ya sonra sinədə ağrı
- Cinsi münasibətdən 1 gün sonra hədsiz yorgunluk hissi
Əgər sinə sümüyü kəsilərək əməliyyat olursuzsa 6 həftə yataqda sağa-sola çönmək, 8 həftə ərzində kəskin hərəkətlər etmək, 12 həftə ərzində ağır yük (hər ələ 5 kg-dan çox və ya ümumi 10 kg-dan çox) qaldırmaq qadağan edilir.
Əgər mini invaziv yolla qapaq və ya digər ürək əməliyyatı olursuzsa 1 gün sonra istənilən tərəfə çönüb yata, 2 həftə sonra istənilən intensivlikdə hərəkət edə, 3-4 həftə sonra istənilən yükü qaldıra bilirsiz.
Qeyd: Pasientin fərdi xüsusiyyətləri və əməliyyatdan öncəki sümük-oynaq sisteminin vəziyyəti yuxarıda deyilən müddətlərə təsir edə bilər.
Bərpa perioduna səbrlə yanaşmalısız. Bir az zəiflik və yorğunluq hissi normaldır ürək əməliyyatından sonra. Çox zaman bu period proqressiv gedir və pasient günü-gündən özünü daha yaxşı hiss edir. Bəzən bir neçə həftə ərzində, xüsusilə gecələr ağrıkəsicilərdən istifadə etmək ehtiyacı yarana bilir.
Çox isti və çox soyuq havada gəzməməyə çalışın. Normal hava şərtlərində hər gün gəzməyə çalışın. Yoxuş üzrə deyil, daha çox düz yerdə gəzməyə çalışın. İlk ay yanınızda bir müşayiətçi olmalıdır.
Gəzmə sürətini yanınızda gələn insanla rahat danışa biləcək səviyyədə tutun. İlk həftədə hər gün 15-20 dəq gəzin. Sonrakı hər həftə 5 dəq əlavə edin. 2 ay sonra gündə ən azı 45-60 dəqiqə gəzəbiləcək səviyyəyə çatmalısınız.
Bu, hansı kəsiklə əməliyyat olmağınızdan asılıdır:
Əgər sinə sümüyü kəsilərək əməliyyat olursunuzsa- 6-8 həftə sonra.
Əgər əməliyyat sinə sümüyü kəsilmədən (qabırğaarası kəsikdən) icra edilərsə- xəstəxanadan çıxarkən belə avtomobil sürə bilərsiz.
Avtomobil idarə etmirsizsə arxada oturun. Uzun yola çıxmayın. Əgər məcbursuzsa, 1 saatı keçən səfərlərdə ayaqlarınızı uzadın. Yola çıxmadan önce elastik damar corabı mütləq geyinin.
Bütün dünyada geniş tətbiq edilən mini-invaziv ürək əməliyyatlarının artıq ölkəmizdə də aparılması sevindirici haldır. Ürək-damar cərrahiyyəsində müasir üsul hesab edilən minimal invaziv ürək əməliyyatlarını Respublika Diaqnostika Mərkəzində uğurla icra edirik.
Ümumiyyətlə, ürək-damar cərrahiyəsinin inkişafını iki faktor müəyyən edir: süni qan dövranı və döş sümüyünün ortadan tam kəsilməsi. Lakin hər iki üsulun mənfi cəhətləri var. Bu səbəbdən son illərdə ürək-damar cərrahları bunların birindən və ya hər ikisindən qaçmağa çalışırlar. Bu isə hər zaman mümkün olmur.
Koronar damar cərrahiyyəsində (aorta-koronar şuntlama) süni qan dövranından imtina etmək mümkündürsə (döyünən ürəkdə əməliyyat), qapaq cərrahiyəsində yalnız kəsiyi kiçiltməklə minimal invazivliyi təmin etmək olar. Bu, mitral qapaq üçün sağ qabırğaarasından, aort qapaq üçün isə həm döş sümüyünün hissəvi (yuxarı 1/3-i) kəsiyilə, həm də sağ qabırğaarasından mümkün olur.
Son zamanlar minimal invaziv çox damar koronar cərrahi əməliyyatlar mərkəzimizdə komandamız tərəfindən icra edilir. Bu zaman kəsik sol qabırğaarasından (sol interkostal) aparılır.
Faydası yalnız xəstəyədir. Çünki cərrah üçün bu, əlavə diqqət, gərginlik və məsuliyyətdir. Kiçik kəsiklə ürək əməliyyatı zamanı toxumaya travma az olduğundan ağrı da azalmış olur. Beləliklə, xəstə erkən aktivləşir, tənəffüs hərəkətlərini daha rahat yerinə yetirir və ən əsası elə ilk gündən yatarkən sağa-sola dönmə şansı yaranır.
Əlbəttə ki, kəsik kiçikdirsə, qan itkisi də az olur və qan köçürülmə ehtimalı azalır. Yara infeksiya riski azaldığından antibiotik istifadəsi azalır. Estetik baxımdan daha üstündür. Bu cərrahiyənin gətirdiyi psixoloji rahatlığı və xəstə məmnunluğunu da xüsusi qeyd etmək istəyirəm.
Hər bir cərrahi müdaxilənin uğuru kəsikdən əvvəl müəyyənləşir - buna düzgün göstəriş deyilir. Bunun üçün isə əks-göstərişləri bilmək lazımdır. Xəstədə yanaşı ürək damarında darlıq və ya əsas damar olan aortada ciddi xəstəlik varsa, ürəyin gücü çox aşağıdırsa, xəstə artıq çəkidən əziyyət çəkirsə, eləcə də, döş qəfəsində ciddi xəstəlik keçiribsə (mitral qapaq xəstəliyi üçün qabırğaarası giriş zamanı), bu əməliyyatların həmin xəstəyə icra edilməsi riskli ola bilər.
Ürəyin hər dörd qapağını. Daha çox qüsur mitral və aortal qapaqda rast gəlinir.
Aortal qapaq sağ mini torakotomi (qabirğaarası kəsik) kəsiyilə icra edilə bildiyi kimi, mini sternotomi (hissəvi döş sümüyü kəsiyi) ilə də əməliyyat edilə bilir.
Mitral qapaq daha çox sağ mini torakotomi (qabirğaarası kəsik) kəsiklə icra edilir.
Hər iki qapağın müştərək zədələnməsi zamanı mini kəsikdən istifadə etmək riskli hesab edilir.
Əməliyyatları və pasientlərin əməliyyatdan sonrakı məmnun baxışlarını “Instagram” və “Facebook” səhifəmdə, “YouTube” kanalımda və bu saytın Qalereya-Videolar bölməsində izləyə bilərsiz.
İnstagram: dr.natiq_mirzeyev
Facebook: Minimal İnvaziv Ürək Cərrahı
Youtube: Natiq Mirzeyev. Heart Surgery.
Əslində ürəyin 1/3 hissəsi orta xətdən sağdadır. Lakin kəsiyin sağdan aparılmasının səbəbi bu deyil. Ürək anatomiyası elədir ki, qalın əzələvi hissəsi soldadır. Eləcə də vacib damarlar da sola doğru yerləşib. Beləcə, sağda daha nazik divarlı və daha təhlükəsiz müdaxilə sahəsi vardır. Ona görə qapaq əməliyyatlarında döş qəfəsinə giriş sağ qabırğaarasından, koronar damarlar üzərində mini "bypass" (şuntlama) cərrahiyyəsində giriş sol tərəfdən icra edilir.
Mitral təmir: qapaq çatışmazlığı olan xəstələrin hamısı üçün, qapaq darlığı olanların əksəriyyəti üçün ən doğru seçimdir. Xəstənin öz qapağının qorunması hər zaman mexanik və bioloji qapaqdan daha üstündür. Qapaq protezlənməsi (dəyişdirilməsi) ilə müqayisədə Üstünlükləri:
- Qısa və uzun dönəm nəticələri daha yaxşıdır
- Ürək funksiyalarının daha yaxşı qorunması
- İnsult və Endokardit riskinin az olması
- Ömürlük Qandurulducuya ehtiyac olmaması
- Yara yerində axıntı, qızarıqlıq, pis qoxu və ya şiddətli ağrı başlayarsa
- Bir dəfə 38.3 dərəcədən yuxarı və ya 24 saatdan uzun çəkən 37.8 dərəcə hərarət zamanı
- Hərarətlə yanaşı üşütmə, titrətmə, əzəzlə sınıqlığı, güclü əzginlik hiss edərsizsə
- Çəkiniz sürətlə artır (günə 1 kg-dan çox) və ya düşürsə (hər gün çəkinizi eyni cihazla və eyni paltarda səhər ölçün)
- Sidik çıxışı çətinləşərsə, tünd rəngli və ya ağrılı sidik çıxışı qeyd edərsizsə
- Əl və ayaqdakı şişlər çəkilmirsə
- Adi işlər zamanı ürəkdöyünmə başlayırsa
- Gözlənilmədən başlayan təngnəfəslik və ciddi zəiflik zamanı
Əgər şikayətiniz gecə ərzində əmələ gəlibsə və səhərədək gözləyə bilməyəcək qədər sizi narahat edirsə birbaşa cərraha zəng edə bilərsiz. Əlaqə nömrələri saytda qeyd edilib.
Ürək əməliyyatı (sinə sümüyü kəsilməklə) sonrası nələrə diqqət etmək vacibdir:
- Çiyin səviyyəsindən yuxarı əşyalara əl atmayın
- Bədəni öz oxu ətrafında fırlatmayın, yataqda dirsəklənməyin, ağır qapılar açmayın
- Əyilərkən belinizdən deyil, dizinizden əyilin
- Oturduğunuz yerdən qalxarkən qollarınızın əvəzinə ayaq əzələlərinizi istifadə edin
- 6 həftə ərzində ancaq arxası üstə yatmaq olar. Yataqdan qalxarkən ailə üzvlərindən biri kürək-boyun arasından dəstək olaraq sizi otuzdurmalıdır. Məqsəd odur ki xəstə öz qollarına güc verməsin.
- Əgər evdə ailə üzvlərində heç kim yoxdursa (məsləhət görülmür!) və ya evdəki adam sizə yardım edə bilmirsə yataqdan qalxmaq üçün oturmaq istədiyiniz kənara doğru özünüzü sürüşdürün. Dizlərinizi azca büküb ehtiyatla oturacağınız tərəfə doğru əyilin. Həmin tərəf dirsəyiniz vasitəsilə ehmalca bədəninizi yuxarı qaldırın ve digər qolunuzla bədəninizə dəstək verin. Sonra hər iki ayağınızı yavaşca döşəməyə doğru sallayın. 3-5 dəq oturmağa çalışın. Belə edərkən həm başınızın dönməsinin qarşısını almış olar, həm də tək olduğunuz halda döş sümüyünə güc salmadan yataqdan dura bilərsiniz.
- İlk 2 həftədə günde 1 dəfə 1 mərtəbə, sonrakı həftələrdə artıraraq bir neçə mərtəbə qalxa bilərsiz. Mərtəbələr arasında yorulsanız kiçik oturacaq qoyub dincələ bilərsiz.
- İlk 1 ay ərzində 5 kg-dan artıq yük qaldırmayın (hər iki ələ birlikdə 5 kg)
- Şəkil çəkmək
- Masaüstü oyunlar oynamaq
- Dostlarla gəzinti
- Alış-veriş etmək
- Kinoya getmək
Bu əlamətlər iş görərkən özünüzü çox yorduğunuzu göstərir:
- Başgicəllənmə, gözdə qaralma
- Ürəkbulanma ve qusma
- Soyuq tərləmə
- Danışmağınızı çətinləşdirəcək qədər təngnəfəslik
- Ciddi halsızlıq ve tükənmişlik hissi
- Sürətli ürək döyünməsi
- Sinə, kürək, boyun, çənə, qol ve dişdə ağrı ve ya sıxılma hissi
Olar:
- Evin tozunu almaq
- Bəsit təmir işləri
- Yemək masası hazırlamaq
- Qab-qacaq yumaq
- Bəsit yemək hazırlamaq
Məsləhət görülmür:
- Süpürmə-silmə işləri
- Yatağın üstünü dəyişdirmək
- Zibil qabı və ya mebel qaldırmaq
- Bağ işləri görmək
Əməliyyatdan sonra yuxusuzluq və gecə yuxudan oyanıb yenidən yata bilməmək kimi durumlar tam normaldır. Çalışın gündüzlər qısa müddətli yatmaqdan qaçın. Yatmadan əvvəl kitab oxuma, musiqi dinləmə kimi sakitləşdirici işlərlə məşğul olun. Gün ərzində sizə yazılanlardan başqa bir ağrıkəsici istifadə etməyin.
Qəbizlik də ürək əməliyyatından sonra tam normal bir durumdur. 20-30% pasientlərdə müşahidə edilir. Bu zaman meyvə və tərəvəz, yəni lifli qidaların istafadəsini artırın. Qurudulmuş alça və gavalı yeyin. Hərəkəti artırın. Maye qəbulunu az edirsizsə normala çatdırın. Əvvəl istifadə etdiyiniz qəbizlik dərmanı varsa istifadə edin. Bunlar kömək etməzsə həkimə müraciət edin.
İlk 2 həftə iştahsız olmaq son dərəcə normaldır. Bunun səbəbi əməliyyatdan sonra qanda artmış iltihab mediatorlarıdır.
Yemək zamanı iştah açıcı, turşuya qoyulmuş, ədviyyatlı qidalardan istifadə edə bilərsiz (mədə və 12barmaq bağırsaq xəstəliyi nəzərə alınmaqla). İlk 1 ay tez-tez ve kiçik porsiyalarla qidalanın. Şəkər və təzyiq xəstəliyiniz yoxdursa artıq yemədən her şey yeyə bilərsiz.
Evə gələn gündən çimmək olar. Günaşırı parfümsüz sabunla duş almaq daha çox tövsiyə edilir. İlıq suyla çimin, isti və qaynar sudan istifadə etməyin. Hamamda çox qalmayın və çox buxarlı etməyin. Yaralarınız tam sağalana ve qabıqlar tökülənə qədər (bu 2-4 həftə çəkir) vannaya girmək olmaz. Çimərkən yaraları hər hansı parça ilə silməyin. İlk 1 ay duş alarkən bir adam yardım məqsədilə yanınızda olsa daha yaxşı olar. Çimərkən çox yorulmamaq üçün bir oturacaq istifadə edə bilərsiz.
Ürək əməliyyatının özəlliyi odur ki, baş verən immun supressiya (azalma) yara sağalmasına (xüsusilə diabetik və artıq çəkili xəstələrdə) təsir edə bilər. Adətən səthi yara infeksiyası 48-72 saat ərzində öz əlamətlərini göstərir. Bu dönəmdə pasient xəstəxanada olduğundan bunun fərqinə varmaq asandır. Lakin, əməliyyat zamanı və ya sonrakı baxım zamanı sterilliyə (təmizlik qaydaları) riayət olunmamışsa (kontaminasiya baş vermişsə), xəstə yaxınları evdə yara baxımını düzgün etməmişsə, xəstənin qidalanması çox zəif olmuşsa (Zn və Protein qəbulu çox önəmli) və ya şəkərə nəzarət (diabetik xəstədə) düzgün olmamışsa- yara sağalması problemləri (xüsusilə dərin yara problemləri) əməliyyatdan 1 həftə-10 gün sonra yarana bilər. Bu vaxt xəstə artıq evdə olduğundan yarada baş verən əlamətləri izləmək onun və ailə üzvlərinin üzərinə düşür: yara yerində axıntı, qızarıqlıq, pis qoxu və ya şiddətli ağrı başlayarsa mütləq cərraha xəbər edilməlidir.
Bilməli olduğunuz vacib məqamlar:
Əməliyyat bölgəsinde ağrı ola bilər, zamanla bu şikayətlər azalacaq. Tikişləriniz 1 həftə- 10 gün sonra kontrola gəldikdə həkiminiz tərəfindən dəyərləndirildikdən sonra söküləcək. Bu müddətdə yara nahiyəsinə losion, yağ, pudra, məlhəm və s. vurulmamalıdır.
Yara bölgəsini evdə parfümsüz sabun ve su ile ehtiyatla yuya bilərsiniz. Çimərkən yaraları hər hansı parça ilə silməyin. Hər gün 1 dəfə (+ çimdikdən sonra) yaralar yod tərkibli məhlulla (bizim xəstəxanada Betadin) boyanmalıdır.
Yara olan ayağınızda şişkinlik ve ödem olmaması üçün yuxarı tutmalı ve bir müddət ayağı ayaq üstünə aşırmamalısız. Tənəffüs məşqlərinizi, sinədəki yaranı kiçik bir yastıqla dəstəkləyərək rahat şəkildə edə bilərsiz.
Qeyd: Minimal invaziv əməliyyatlarda yara infeksiyası riski ənənəvi kəsiklə edilənlərdən daha azdır.
Ürək əməliyyatından sonra evdə qəbul ediləcək dərmanlar çox vacibdir. Bu, bərpa dövründə baş verə biləcək riskli dəyişiklikləri qabaqlamaq və pasientin yanaşı xəstəliklərini nəzarətdə saxlamaq üçündür. Aşağıdakı dərmanlardan hər-hansı birini reseptdə görə bilərsiz:
- Qandurulducular: Aspirin, Varfarin (Coumadin), Klopidogrel və s. bunlar qanın laxtalanmasının qarşısını almaq üçündür. Bu dərmanlar ürək qapaqları və damarlarının daxili qatında (endokard, endotel), tikiş xəttlərində yeni toxuma qatı inkişaf edənədək və ya ömürlük (koronar bypass əməliyyatlarında- Aspirin, mexanik qapaq qoyulan əməliyyatlarda- Varfarin) atılır.
- Ritm dərmanları: Ürək döyünməni tənzimləmək üçündür.
- Təzyiq salıcı dərmanlar: Qan təzyiqini stabil saxlamaq üçündür. Xüsusilə yaşlı və qandurulducu içən pasientlərdə bu çox önəmlidir.
- Mədəqoruyucular: Mədə turşuluğunun artmasını önləmək üçün verilir.
- Qəbizlik əleyhinə: Bağırsaq hərəkətlərini normallaşdırmaq üçündür.
- Antibiotiklər: Yara sağalmasına dəstək və ya tənəffüs və sidik yolları infeksiyasının profilaktikası üçündür.
- Sidikqovucular: Daha çox maye çıxmasını təmin edir, vücudunuzda artıq maye yığılmasının və ödem əmələ gəlməsinin qarşısını almaq üçündür.
- Dərmanları size yazılan saatlarda, müntəzəm olaraq ve doğru miqdarda atmalısınız.
Ürək qapaqlarının işini pozaraq qanın bir istiqamətdə axmasını pozan xəstəlikləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Degenerativ qapaq xəstəliyi- Əsasən mitral qapağı zədələyir. Bu zaman prolapsla başlayan xəstəlik illərlə inkişaf edərək qapaqların incəlməsinə və ya qalınlaşmasına gətirib çıxarır. İnkişaf etmiş ölkələrdə mitral qapaq xəstəliklərinin əsas səbəbidir.
- Ürəyin revmatik xəstəliyi- kəskin revmatik qızdırmanın (Streptococcus Pyogenes tərəfindən törədilən boğaz infesiyasına bədənin immun reaksiyasıdır) müalicə olunmaması və ya tam müalicə edilməməsi səbəbindən yaranır. Bu xəstəliyin əsas hədəfi mitral, sonra aortal qapaqdır. Əsasən inkişaf etməkdə olan ölkələrdə qapaq xəstəliklərinin əsas səbəbidir.
- Kalsifik qapaq xəstəliyi- əsasən yaşla bağlı qapağın zədələnməsinə səbəb olur. Buna görə də yaşlıların xəstəliyidir. Əsasən aortal, sonra mitral qapağı zədələyir.
- İşemik qapaq xəstəliyi- adətən mitral qapağı zədələyir. Birbaşa deyil, qapağa dəstək verən əzələlərin qan dövranını pozaraq qapağın bağlanmasını pozur. Əsasən yaşlı və işemik ürək xəstəliyi olan pasientləri hədəfə alır.
- Anadangəlmə qapaq defektləri- aortal qapaq daha çox olmaqla mitral qapaq da defektiv ola bilir. Aortal qapaq defektləri adətən orta və gec dönəmdə, mitral qapaq qüsurları isə erkən dövrdə müdaxilə tələb edir.
- Endokardit- infeksiyanin qanla qapağa düşməsi səbəbilə baş verir. Bütün qapaqları zədələyir. Mitral və aortal qapaq endokarditləri sistemik embolizasiya səbəbilə daha böyük risk daşıyır.