Minimal invaziv ürək cərrahiyyəsi

Minimal invaziv ürək cərrahiyyəsi ənənəvi cərrahiyyədən fərqli yerdən və daha kiçik kəsikdən istifadə edərək ürəkdə əməliyyatın həyata keçirilməsidir. Cərrah bu zaman xüsusi alətlərdən də istifadə edir.
Minimal invaziv ürək əməliyyatı kimlərdə həyata keçirilir?
Əməliyyat etmək üçün döş qəfəsində ürəyə çatmağın yolu çoxdur. Klinikamızda, təhlükəsiz və uğurlu əməliyyat icra etmək üçün hər zaman mümkün olan ən kiçik kəsiyi seçirik. Bizim cərrahi komandamız minimal invaziv üsulların üstün və mənfi cəhətlərini ənənəvi cərrahiyyə üsulları ilə müqayisə edərək işləyir.
Minimal invaziv cərrah, pasientdə olan ürək xəstəliyinin tipinə və ağırlıq dərəcəsinə, xəstənin yaşına, həyat tarixçəsinə, yaşama tərzinizə və əməliyyatönü testlərin nəticələrinə görə ən doğru yanaşma barədə qərar verir.
Ənənəvi ürək əməliyyatı
Ənənəvi ürək əməliyyatında sinənizin ortasından- döş sümüyü (sternum) kəsiyindən istifadə edilir. Kəsik təxminən 15-20 sm uzunluqda olur.
Bu, ağır ürək əməliyyatları, təkrari əməliyyatlar, çox damar koronar şuntlama əməliyyatları və mürəkkəb aorta cərrahiyyəsində ən çox istifadə olunan kəsikdir.
Minimal invaziv ürək əməliyyatlarının növləri
Komandamız 2012-ci ildən minimal invaziv ürək əməliyyatları həyata keçirir. İlk belə əməliyyatlar mitral və aorta qapağı əməliyyatları olmuşdur. İndi daha sürətli və rahat sağalmanı təmin etmək üçün minimal invaziv üsullardan istifadə etməklə daha geniş çeşidli prosedurlar həyata keçiririk.
Minimal invaziv cərrahiyyəyə “hissəvi sternotomiya” da daxildir. Bu üsul döş sümüyünün bir hissəsinin kəsilməsindən ibarətdir.
Çox zaman cərrah döş sümüyünü kəsilməsindən qaça bilir və qabırğaarası nahiyyədən kiçik kəsik açaraq ürək əməliyyatını icra edir. Bu üsula mini torakotomiya deyilir.
Minimal invaziv ürək əməliyyatında İstifadə olunan kəsik növləri
Hissəvi sternotomiya - döş sümüyünün bir hissəsini kəsməklə
Bu zaman cərrah, ürəyin əməliyyat olunacaq hissəsini görə biləcək nahiyyədə döş sümüyündə 7-8 sm uzunluğunda kəsik aparır.
Mitral qapaq, trikuspid qapaq, qulaqcıqarası defect (atrial septal defect- ASD), miksoma (xoşxassəli ürək törəməsi) və aorta qapağı əməliyyatları zamanı istifadə oluna bilir.
Aorta qapağı, mitral qapaq, trikuspid qapaq, iki qapaq patologiyası, ASD, miksoma və fibroelastoma (xoşxassəli ürək törəməsi) əməliyyatlarında istifadə olunur.
Mini torakotomiya
Cərrah döş sümüyünü kəsmir və bunun əvəzinə qabırğalar arasındakı əzələlərdən kiçik kəsik icra edir.
Mitral qapaq, trikuspid qapaq, ASD, miksoma əməliyyatlarında istifadə olunur.
Aorta qapağı üçün istifadə olunur.
Aorta-koronar şuntlama (MIDCAB, çox damar şuntlama) üçün istifadə olunur.
Minimal invaziv cərrahiyyənin faydaları
Xəstələr:
- Daha az ağrı qeyd edir
- Kosmetik olaraq daha məmnun olur
- Əməliyyatdan sonra xəstəxanada qısa müddət qalır
- Əməliyyatdan sonra 1 ay arxası üstə yatmağa məcbur olmur
- Aşağı infeksiya riski daşıyır
- Qan itkisinə və qan transfuziyasına (qan köçürülməsi) daha az məruz qalır
- Aktiv həyata və işə daha erkən başlayır, yəni
- Gündəlik həyatına 2 ay sonra deyil 1-2 həftəyə qayıdır
Sağalma dövrü
Əgər minimal invaziv əməliyyat keçirmisinizsə əməliyyatdan 2-4 gün sonra evə buraxıla bilərsiniz. Xəstəxanada olduğunuz müddətdə tibbi personal tərəfindən yaxından izləyənəcək və bərpa periodunu mümkün qədər tez keçəcəksiniz. Xəstəxanadan çıxmağa hazır olduğunuz zaman sonrakı aktivlik, kəsiklərə qulluq və pəhriz qaydalarına dair təlimatlar alacaqsınız.
Ümumiyyətlə, işə qayıtmaq, avtomobil sürmək və ağır olmayan işlə məşğul olacaq qədər yaxşı hiss etməyiniz təxminən 1-2 həftə çəkəcək. Bilmək lazımdır ki, hər kəsin sağalma müddəti fərqlidir. Əmin ola bilərsiniz ki, bizim peşəkar tibbi personal sizə məhz sizin bərpa sürətinizə uyğun təlimat verəcəkdir.