Mitral qapağın minimal invaziv yolla təmiri

Mitral qapagin minimal invaziv yolla temiri

Mitral qapağın minimal invaziv yolla təmir oluna bilmə şansı nə qədərdir?

Təxminən 60-80%. Xəstəyə degenerativ qapaq səbəbilə mitral qapaq əməliyyatı tələb olunduqda, belə müdaxilələri klinikamızda əksər hallarda 5-7 sm dəri kəsiyilə həyata keçiririk. Əməliyyatönü testlər bizə hər bir xəstə üçün ən təhlükəsiz yanaşma metodunu müəyyən etməyə imkan verir. Mitral qapaq əməliyyatlarında biz sağ qabırğaarası kəsiyə üstünlük veririk.

Əməliyyat

Tam sternotomiya

Sağ torakotomiya

Bir neçə minimal invaziv yanaşma metodu mövcuddur. Minimal invaziv yanaşma üsulları aorta və trikuspid qapaq əməliyyatı üçün ayrılıqda və ya mitral qapaq cərrahiyyəsi ilə birlikdə istifadə edilə bilər.

Minimal invaziv yanaşmaların üstünlüklərinə sürətli sağalma, daha az ağrı, qan transfuziyasına tələbatın azalması və daha yaxşı kosmetik nəticələrin əldə olunması daxildir. Biz hər xəstəni minimal invaziv cərrahiyyə üçün qiymətləndirir və ən yaxşı və təhlükəsiz yanaşma metodunu seçmək üçün geniş yoxlayırıq.

Cərrahi metodlar

Arxa lifletlə (qapaq tayı) bağlı problemlər çox zaman az sayda  Neoxorda (süni xordalar) və ya qapağın anormal hissəsinin kiçik rezeksiyası ilə korrektə olunur. Ön liflet disfunksiyası adətən daha çox Neoxorda istifadəsi və ya xorda köçürülməsi ilə təmir olunur. Ön liflet təmiri texniki cəhətdən daha çətindir. Yaxşı nəticə əldə etmək üçün təcrübəli və ixtisaslaşmış cərrahi komanda tələb olunur. Bütün təmir əməliyyatlarına annuloplastika əlavə edilir. Annuloplastika halqası qapağın çevrəsi ətrafında yerləşdirilmiş tam və ya hissəvi halqadır.

Arxa liflet prolapsı

Mitral qapağın təmiri zamanı trianqulyar (üçbucaq) rezeksiya arxa tayın prolapsı üçün ən çox istifadə edilən üsuldur.

Trianqulyar rezeksiya ilə mitral qapağın təmiri

Arxa tayın sərbəst ucunda qopmuş xordalar. Rezeksiya olunacaq hissə qırıq xətlə göstərilib.

Anormal seqment xaric edilmişdir. Liflet kənarları bir-birinə tikilir.

Annuloplastika ilə təmir tamamlanır.

Ön liflet prolapsı

Ön tay prolapsı təmir prosesi daha çətindir və yüksək cərrahi təcrübə tələb edir. Qopmuş və ya uzanmış xorda nəticəsində yaranan ön tay prolapsını bərpa etmək üçün adətən Gore-Tex-dən yeni xordalar yaradırıq. Bu Gore-Tex xordaları həmişəlik qalır. Ön liflet prolapsının təmiri üçün istifadə edilən ikinci üsul xordaların qapağın digər hissəsindən anormal xordalara malik nahiyəyə köçürülməsini nəzərdə tutan xordal köçürmə üsuludur. Hər iki üsul uzunmüddətli yaxşı nəticələr verir.

Liflet prolapsının təmiri üçün Gore-Tex® xordası

Qopmuş xorda

Xorda təmirindən sonra

Gore-Tex® tikişi öncə papilyar əzələnin başına tikilir və sonra isə ön tayın dəstəksiz qalan kənarından keçirilərək qapağın lazımi səviyyədə qapanmasını təmin edir.

Uzunmüddətli dözümlülük göstəricisi çox yüksəkdir. Yeni xordalar qopmur və uzanmır.

Ön tay prolapsını müalicə etmək üçün xorda köçürülməsi

Ön tay prolapsını təmir etmək üçün xorda köçürülməsi

Arxa tay xordaları ön tayın dəstəksiz kənarına köçürülür. Daha sonra arxa liflet bərpa olunur. Annuloplastika ilə təmir prosesi tamamlanır.