Mitral qapaq prolapsı haqqında nəyi bilməyiniz vacibdir?

Mitral qapaq prolapsi haqqinda neyi bilmeyiniz vacibdir?

Ürək qapaq xəstəlilikləri arasında ən geniş yayılmış qüsur mitral qapaq prolapsıdur. Amerika Ürək Assosasiyasının məlumatına görə, əhalinin təxminən 2% -i mitral qapaq xəstəliyinin bu formasından əziyyət çəkir.

Mitral qapaq prolapsı

Mitral qapaq prolapsının təfərrüatlarını, onun simptomlarını, risk faktorlarını və müalicəsini müzakirə etməzdən əvvəl mitral qapağın anatomiyasını və insan ürəyindəki bu ikitaylı (lifletli) qapağın fəaliyyətini nəzərdən keçirək.

Mitral qapaq nədir?

Mitral qapaq insan ürəyindəki dörd qapaqdan biridir. Mitral qapaq ürəyinizdəki sol qulaqcıq və sol mədəcik adlanan iki kamera arasında qanın axmasına nəzarət edir. Normal işləyən ürəklərdə qan mitral qapaq boyunca bir istiqamətə axır - qulaqcıqdan mədəciyə doğru.

Ürək qapaqları

Digər üç ürək qapağından (aorta, ağciyər, trikuspid) fərqli olaraq, mitral qapaq yalnız iki taydan ibarətdir. İnsanın digər ürək qapaqlarının hər birində üç tay vardır. 

Qanın qulaqcıqdan mədəciyə doğru axmasını təmin etmək üçün bu iki tay açılır. Taylar, yəhərvarı quruluşa malik mitral qapaq həlqəsinə tutunur. Tayların mərkəzi ucu isə papilyar əzələ xordaları ilə ürək divarına bağlanır. Bu xordalar ürək yığılması zamanı qapaq taylarının sol qulaqcığa doğru hərəkətinin qarşısını alır. Növbəti şəkildə sonuncu mexanizmin pozulması nəticəsində prolapsın yaranması əks etdirilib. 

Mitral qapaq prolapsı nədir? 

Əgər sizdə mitral qapaq prolapsı varsa, deməli mitral qapaq tayları düzgün şəkildə bağlanmır. Ürək döyündükdə taylardan biri qulaqcığa doğru hərəkət edir. "Prolaps" səbəbindən qan geri axır. Buna mitral çatışmazlıq deyilir.

Bu, normal mitral qapaq ilə mitral qapaq prolapsını müqayisə edən çox yaxşı şəkildir. Gördüyünüz kimi, iki mitral tay bir-birini bağlamır. Nəticədə, qan qulaqcığa doğru geri axır. 

Mitral qapaq prolapsı kimdə olur?

Bu insanlar anadangəlmə mitral qapaq prolapsı ilə doğulur. Xəstənin həyatı boyu mitral qapağın anatomik strukturları yaşlandığından xəstəlik degenerativ xüsusiyyət ala bilir. Tədqiqatlar göstərir ki, bu insanların 20%-də 50 yaşdan yuxarı mitral qapaq xəstəliyi inkişaf edir. 

Qadınlar bu xəstəlikdən kişilərdən iki dəfə çox əziyyət çəkirlər. Bəzi tədqiqatlar göstərir ki, qadınların 6%-də mitral qapaq xəstəliyi rast gəlinir.

Mitral qapaq prolapsı (MVP) ən geniş yayılmış qapaq xəstəliyidir

Mitral qapaq prolapsının əsas simptomları nələrdir?

Mitral qapaq prolapsının simptomları aşağıdakılardır:

  • Ürəkdöyünmə
  • Döş qəfəsi nahiyyəsində ara-sıra yaranan ağrı
  • Nəfəs darlığı
  • Başgicəllənmə
  • Həyəcan hissi

Həkiminiz müntəzəm müayinə zamanı mitral qapaq prolapsı diaqnozu qoya bilər. Ürəyinizi stetoskopla dinləyərkən “klik” səsi eşidə bilər. Qüsurlu ürək qapağı tayı açılıb-bağlanarkən aydın şəkildə “klik” səsi çıxara bilər. Qan qulaqcığa doğru geri axarsa, həkiminiz "uğultu" səsi eşidəcəkdir. Bu səsə mitral qapaq küyü deyilir.

Mitral çatışmazlığın yüngül, orta və ya ağır olduğunu öyrənmək üçün kardioloqunuz Exokardioqrafiya (EXO) etməlidir. Exokardioqrafiya ürəkdən qan axarkən ürək qapağının işini qiymətləndirir. EXO və digər testlər həkiminizə mitral qapağınızın cərrahi yolla təmir olunmasına və ya dəyişdirilməsinə ehtiyacın olub- olmadığını müəyyən etməyə kömək edir.

Risklər nələrdir?

Mitral qapaq prolapsı nəticəsində yaranan ağır mitral qapaq çatışmazlığının bir neçə riski vardır: 

  • Ürək çatışmazlığı
  • Atrial fibrilasiya (AF)
  • Ağciyər hipertenziyası

Mitral qapaq necə müalicə olunur?

Mitral qapaq prolapsı üçün iki növ müalicə metodu mövcuddur:

Mitral qapağın təmiri: Mitral qapağın təmiri zamanı xəstənin mitral qapağı qanın düzgün şəkildə axınını təmin etmək üçün rekonstruksiya edilir. Bərpa prosesinə mitral qapağın taylarının yenidən formalaşdırılması, annuloplastika halqası ilə mitral həlqənin gücləndirilməsi və mitral qapaq xordalarının əvəz edilməsi daxil ola bilər.  

Mitral qapaq təmiri açıq ürək əməliyyatdır. Lakin xəstənin döş sümüyü kəsilmədən mitral qapağın təmirini nəzərdə tutan minimal invaziv yanaşmalar mövcuddur. Daha geniş məlumat üçün “Minimal invaziv ürək cərrahiyyəsi” “Mitral qapağın minimal invaziv yolla təmiri” adlı məqalələrimizi oxuya bilərsiniz.

Mitral qapaq protezləşdirilməsi:  Müasir dövrdə bir neçə növ protez mitral qapağı mövcuddur. Hazırda klinikamızda xəstənin döş sümüyünün (sternum) kəsilməsinə ehtiyac yaratmayan minimal invaziv mitral qapaq dəyişdirmə əməliyyatları uğurla yerinə yetirilir.